Bayraqdar.info – Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk Azərbaycana səfəri çərçivəsində mayın 28-də Bakı Atatürk Liseyində olub. Onunla yanaşı Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Cahit Bağcı və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım da liseyi ziyarət edib.
Bu barədə bayraqdar.info-ya Liseydən məlumat verilib.
Qonaqlar Liseyin bir qrup müəllim və şagird heyəti tərəfindən böyük çoşqu ilə qarşılanıb.
Ziyarət çərçivəsində Ziya Selçuk Liseylə yaxından tanış olub. Daha sonra Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazgan və Liseyin müdiri Eylem Gültekin Liseyin tarixi, həmçinin ötən müddət ərzində təhsil sahəsində əldə etdiyi uğurlar barədə məlumat verib.