Press "Enter" to skip to content

Peruda dövlət binaları Azərbaycan bayrağına bürünüb

Son yeniləmə: 29 May 2021 17:51

Bayraqdar.info – Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə bir sıra ölkələrdə, o cümlədən Peruda yaddaqalan addımlar atılıb. Peru Konqresinin və paytaxt Limanın əsas tarixi rayonu hesab olunan Miraflores bələdiyyəsinin binaları Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə bayraqdar.info-ya ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib. Bu münasibətlə Konqresdəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Gilyermo Aliaga Paxares və Perudakı nümayəndəliyimizin əməkdaşının iştirakıyla Konqres binasının qarşısında mərasim keçirilib.

Mərasimdə perulu millət vəkili AXC-nin qurulmasının 103-cü ildönümü münasibətilə ölkəmizə təbriklərini çatdırıb. Belə tədbirlərin Peru ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Azərbaycanlı diplomat Respublika Günü münasibətilə Peruda vacib dövlət binalarının üçrəngli bayrağımızın rənglərilə işıqlandırılmasına görə təşəkkürünü bildirib. Həmçinin Konqres tərəfindən qəbul olunmuş təbrik bəyanatına görə minnətdarlığını ifadə edib.

Mission News Theme by Compete Themes.