Son yeniləmə: 29 May 2021 23:51
Bayraqdar.info – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) hələlik tam anlaşılmayan bir açıqlama gəlib. Azərbaycanda da yetərincə tərəfdarı olan Partiyanın başqanı Devlet Bahçeli mayın 29-da sosial media hesabında işğaldan azad edilmiş Şuşada tikəcəkləri məktəblə bağlı paylaşım edib. O, bu məktəbi tikməkdən vaz keçdiklərini deyib.
“16 yanvar 2021-ci il tarixində sosial mediadan etdiyim bir açıqlamayla Qarabağ zəfərinin ardından Azərbaycanın düşüncə və sənət həyatında işıqlı bir yeri olan Şuşaya Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin təşəbbüsüylə doqquz sinifli bir məktəb tikməyi öhdəmizə götürmüşdük”, – deyə D.Bahçeli yazıb.
16 Ocak 2021 tarihinde sosyal medyadan yaptığım bir açıklamayla, Karabağ zaferinin ardından Azerbaycan’ın düşünce ve sanat hayatında mümtaz bir yeri bulunan Şuşa’ya Ülkü Ocakları Eğitim ve Kültür Vakfı’nın girişimiyle dokuz derslikli bir okul yapmayı taahhüt etmiştik.
— Devlet Bahçeli (@dbdevletbahceli) May 29, 2021
MHP başqanı daha sonra əlavə edib: “Bu çərçivədə layihəmizi hazırlamış və ictimaiyyətlə paylaşmışdıq. Tikməyi hədəflədiyimiz məktəbə Azərbaycan Milli Marşının bəstəçisi və Şuşa doğumlu mərhum Üzeyir Hacıbəylinin adını verməyi düşünmüşdük. Söz mövzusu məktəbin təməl atma günü olaraq da 30 yanvar 2021-i planlamışdıq”.
Bu kapsamda projemizi hazırlamış ve kamuoyuyla paylaşmıştık. Yapmayı hedeflediğimiz okula Azerbaycan Ulusal Marşı’nın bestecisi ve Şuşa doğumlu merhum Üzeyir Hacıbeyli’nin adını vermeyi düşünmüştük. Söz konusu okulun temel atma günü olarak da 30 Ocak 2021’i planlamıştık.
— Devlet Bahçeli (@dbdevletbahceli) May 29, 2021
“Ancaq Azərbaycan yönətimi bizim bu layihəmizi uyğun görməyərək yeni və fərqli bir məktəb layihəsi hazırlamışdır. Əlbəttə, bu təsərrüf ən təbii haqlarıdır, bizə də sayğı duymaqdan başqa bir seçənək qalmayacaqdır”, – deyə D.Bahçeli davam edib.
Ancak Azerbaycan yönetimi, bizim bu projemizi uygun görmeyerek yeni ve farklı bir okul projesi hazırlamıştır. Elbette bu tasarruf en tabii haklarıdır, bize de saygı duymaktan başka bir seçenek kalmayacaktır.
— Devlet Bahçeli (@dbdevletbahceli) May 29, 2021
Partiya başqanı bunun ardınca əlavə edib: “Milliyyətçi Hərəkat Partiyası Şuşada tikdirəcəyi məktəb layihəsindən bu gəlişmələr dolayısıyla vaz keçmişdir. Məktəb tikintisinə dəstək verən qardaşlarımızdan yardım və bağışlama adı altında toplanan pullar da gecikdirilmədən və olduğu kimi geri qaytarılacaqdır”.
Milliyetçi Hareket Partisi Şuşa’ya yaptıracağı okul projesinden bu gelişmeler dolayısıyla vazgeçmiştir. Okul yapımına destek veren kardeşlerimizden yardım ve bağış adı altında toplanan paralar da gecikmeksizin ve aynısıyla iade edilecektir.
— Devlet Bahçeli (@dbdevletbahceli) May 29, 2021
“Həssasiyyəti məlum olan məsələylə bağlı keyfiyyəti-əziz millətimizin bilgi və təqdirinə bilavasitə təqdim edirəm”, – deyə D.Bahçeli sözünü bitirib.
Hassasiyeti malum olan konuyla ilgili keyfiyeti aziz milletimizin bilgi ve takdirine bilavasıta sunuyorum.
— Devlet Bahçeli (@dbdevletbahceli) May 29, 2021
Bayraqdar.info-dan: Açığı, Azərbaycan və türk dünyası məsələlərində həssas olan MHP-dən belə açıqlamanın gəlməsi xoş bir haldan xəbər vermir. Maraqlıdır ki, Azərbaycanın rəsmi məqamları bununla bağlı nə deyəcəklər. D.Bahçelinin açıqlamasından belə anlaşılır ki, Azərbaycan tərəfi MHP-nin irəli sürdüyü layihəni qəbul etməyərək öz layihəsini təklif edib. Belə olan halda MHP-nin layihə ilə razılaşması bizcə daha doğru olardı.
İstənilən halda bu məsələnin daha ayrıntılı şəkildə cəmiyyətə izah edilməsinə gərək var. İstər MHP, istərsə də Azərbaycanın müvafiq qurumları birgə açıqlama yayaraq məsələyə tam aydınlıq gətirməklə cəmiyyətin intizarına son verə bilər.
Hər halda mövzunu diqqətdə saxlayacağıq.
[…] Qeyd edək ki, bayraqdar.info bununla bağlı xəbər vermişdi. […]