Press "Enter" to skip to content

KKTC Xarici İşlər Nazirliyindən Azərbaycana təbrik

Bayraqdar.info – 28 May – Respublika Günü münasibətilə ölkəmizə dünya ölkələrindən təbriklər daxil olmaqda davam edir. Eyni zamanda, bir sıra dost və qardaş ölkələrin dövlət qurumlarının sosial şəbəkə hesablarında da bu əlamətdar gün münasibətilə təbrik mətnləri yerləşdirilir.

Bu sırada Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi də var. KKTC xarici siyasət idarəsinin facebook sosial şəbəkəsində Azərbaycanın və KKTC-nin dövlət bayraqlarının qoşa şəkilləri ilə yanaşı aşağıdakı mətn də yerləşdirilib: “Dost və qardaş Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik edirik”.

Əlavə edək ki, Azərbaycanla KKTC arasında məlum səbəbdən rəsmi diplomatik münasibətlər qurulmasa da hər iki dövlət və onların xalqları bir-birinə çox qaynayıb-qarışıb. Yəni diplomatik münasiblərin yoxluğu hər iki tərəf üçün hər hansı əngələ səbəb olmur. O baxımdan KKTC-nin də digər dövlətlərlə yanaşı Azərbaycanın xoş günündə də, ağır günündə də yanında olması ölkəmizdə böyük təqdirlə qarşılanır.

Eyni qaydada Azərbaycan da KKTC və onun xalqının yanındadır.

Mission News Theme by Compete Themes.