Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı BMT Baş katibinə məktub yazıb

Son yeniləmə: 29 May 2021 08:27

Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar, BMT Baş katibi Antonio Guterreşə məktub göndərib. Məktubda Cenevrədə keçirilən 5+BM qeyri-rəsmi toplantısına görə Baş katibə minnətdarlıq edilib.

Bu barədə KKTC Cümhurbaşqanlığı sözcüsü Dr. Berna Çelik Doğruyolun mətbuata açıqlamasında bildirilib.

Məktubda həmçinin Kıbrıslı rum lider Anastasiadisin Cenevrə toplantısındakı mövqeyinin qəbuledilməz olduğu bildirilib. Ötən əsrin 60-70-ci illərində baş verənlərin bənd-bənd əks olunduğu məktubda beynəlxalq birliyin KKTC-yə qarşı haqsız davranışı da tənqid edilib.

Ersin Tatar məktubunda adada dayanıqlı sülhün yaranmasının suveren və bərabərhüquqlu iki dövlətin arasında anlaşmanın əldə edilməsi zamanı mümkün olacağını vurğulayıb. Eyni zamanda Kıbrıslı türklər üçün suverenliyin və bərabərhüquqlu yanaşmanın vazkeçilməz məsələ olduğunu qeyd edib. Rəsmi müzakirələrin ancaq KKTC-nin suveren və bərabərhüquqlu statusunun beynəlxalq birlik tərəfindən təmin edilərək başlaya biləcəyi məktubda bir daha vurğulanıb.

Mission News Theme by Compete Themes.