Press "Enter" to skip to content

Xarici İşlər Nazirliyi Ermənistanı təxribatlara son qoymağa çağırdı

Xarici İşlər Nazirliyi

Bayraqdar.info – Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

“Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Elxan Muradov yaralanıb. Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq”, – deyə məlumatda daha sonra qeyd olunub.

Mission News Theme by Compete Themes.