Press "Enter" to skip to content

QHT sektorunda vergi, gömrük və hesabatlılıq qanunları

Bayraqdar.info – “QHT sektorunda tətbiq olunan vergi, gömrük və hesabatlılıq qanunlarının yararlılığının və uyğunluğunun qiymətləndirilməsi” layihəsi üzrə dəyirmi masa müzakirəsi keçirilib.

Bu barədə bayraqdar.info-ya Gənc Mühasiblər İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində keçirilib.

50 nəfər QHT nümayəndəsinin iştirak etdiyi tədbirdə layihənin direktoru və Birliyin sədri Solmaz Əliyeva layihə haqqında geniş məlumat verib.

Sonra tədbirin moderatoru, Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” bölməsinin kafedra müdiri Firudin Sultanov layihə çərçivəsində QHT nümayəndələri ilə həyata keçirilən sorğular haqqında məlumat verib.

Tədbirdə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Tədris Mərkəzinin rəisi Mirəli Kazımov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları – dövlət vergi müfəttişi Ziya Qasımlı, baş dövlət vergi müfəttişi Səməd Səmədov və iqtisadçı-ekspert Mehdi Babayev iştirakçıların suallarını cavablandırıb.

Gələn təkliflərin nəzərə alınacağı bildirilib. Vurğulanıb ki, layihə çərçivəsində sorğular və dəyirmi masa müzakirələri nəticəsində toplanmış rəylər əsasında yekun təkliflər planı hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim ediləcək.

Mission News Theme by Compete Themes.