Press "Enter" to skip to content

Mikayıl Cabbarovdan vergi daxilolmalarıyla bağlı sevindirici rəqəmlər

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında xəbər verir ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 131,7 faiz yerinə yetirilib.

Nazir qeyd edir ki, bu dövr ərzində büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub. Bu vəsaitin 451 milyon manatı qeyri-neft sektorunun payına düşür.

M.Cabbarov onu da bildirib ki, vergi daxilolmaları ötən ilin uyğun dövrüylə müqayisədə 266,9 milyon manat artıqdır.

Nazir “iqtisadi islahatlar və özəl sektorun inkişafı öz bəhrəsini verir”, – deyə əlavə edib.

Mission News Theme by Compete Themes.