Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlunun Batı Trakyaya getmə qərarı Afinanı qəzəbləndirib

Bayraqdar.info – Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu mayın 31-də Afinaya səfər etməlidir.

Birlik Gazetesi”nin məlumatına görə, səfər onun yunan həmkarı Nikos Dendiasın dəvəti ilə baş tutacaq.

Bu arada bəlli olub ki, M.Çavuşoğlu Afina səfərindən öncə – mayın 30-da Batı Trakyaya gedəcək. Burada o, Gümülcine türk azlığının liderləri ilə görüşəcək.

Bu xəbəri qəzəblə qarşılayan yunan mediası M.Çavuşoğlunun Afina səfərindən öncə Batı Trakyaya getməsini “təxribat” kimi dəyərləndirib. Bu tipli xəbərlərdə iddia olunur ki, M.Çavuşoğlunun Afinadan öncə Batı Trakyaya səfər etməsi guya N.Dendiasın bir müddət öncə Ankarada mətbuat konfransında sərgilədiyi mövqeyə cavab xarakteri daşıyır.

Mission News Theme by Compete Themes.