Bayraqdar.info – Mayın 27-də Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Bu haqda xəbəri bayraqdar.info-ya MŞ-dən veriblər.
İclasda əvvəlcə gündəlikdəki məsələlər haqqında Komissiyanın sədri Müşfiq Ələsgərlinin çıxışı dinlənilib. Gündəlik qəbul edildikdən sonra məsələlərə tək-tək baxılıb.
Komissiya ilk olaraq “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalovanın realmedia.az saytına qarşı şikayətini müzakirə edib. Müəyyən edilib ki, sayt material hazırlayarkən qarşı tərəfin fikrini öyrənməyib, balans prinsipini pozub. Komissiya sayta şikayətçinin mövqeyini işıqlandırmağı tövsiyə edib. Cavabdeh tərəf bununla razılaşıb.
Müzakirəyə çıxarılan daha iki məsələylə bağlı qərara gəlinib ki, onlar birbaşa MŞ-nin səlahiyyətində olmadığından aidiyyatı üzrə göndərilsin. Bu barədə Şura Katibliyinə müvafiq tapşırıq verilib.
MŞ-dən daxil olan xəbərdə o iki məsələnin nədən ibarət olması haqqında bilgi verilmir.