Press "Enter" to skip to content

Ermənistanın 6 əsgəri Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib

Müdafiə Nazrliyi

Bayraqdar.info – Azərbaycan Müdafiə Nazirliyi mayın 27-si, saat 03 radələrində Ermənistan silahlı qüvvələrinin bir qrup əsgərinin Kəlbəcər istiqamətində Azərbaycan ərazisinə keçməyə cəhd göstərdiyi haqqında xəbər yayıb.

Xəbərdə deyilir ki, Kəlbəcərin Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində sərhədi pozan Ermənistan əsgərləri mühasirəyə alınaraq zərərsizləşdirilib. Onlar sərhəd pozucusu-diversant kimi saxlanılıblar.

Ermənistan əsgərləri qeyd olunan ərazidə təminat yolunu minalamağa cəhd edərkən bunun qarşısı alınıb.

Nazirlik onu da xəbər verir ki, səhər saatlarında Ermənistan silahlı qüvvələrinin qeyd olunan ərazinin yaxınlığında cəmləşdiyi müşahidə edilib. Düşmən tərəfi tanklar da daxil olmaqla bir neçə ağır texnikanı Azərbaycanla sərhədin yaxınlığına cəmləyib.

Azərbaycan Ordusunun gördüyü tədbirlər nəticəsində Ermənistan tərəfinin hərəkətinin qarşısı alınıb və vəziyyət əsgərlərimizin nəzarətindədir.

Mission News Theme by Compete Themes.