Press "Enter" to skip to content

Azərbaycan və Ukrayna Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Bayraqdar.info – Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Məlumatda deyilir ki, nazir Dmitro Kuleba 28 May – Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb. Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi də aparıblar.

Nazir C.Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası barədə məlumat verib. Həmçinin sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna Xarici İşlər nazirinə bilgi verilib.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini də müzakirə ediblər.

Mission News Theme by Compete Themes.