Press "Enter" to skip to content

Yunanıstanın Baş nazirinə sillə kimi cavab

Son yeniləmə: 26 May 2021 11:05

Bayraqdar.info – “Batı Trakya uşaqları müsəlman və türkdür, elə də qalacaqlar”.

Birlik Gazetesi“nin məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisi İnsan Haqlarını Araşdırma Komissiyasının sədri Hakan Çavuşoğlu deyib.

Xatırladaq ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Batı Trakyadakı türk kəndləri və oradakı uşaqlar haqqında “Pomak kəndləri” və “yunan uşaqları” ifadələrini işlədib. Buna cavab olaraq H.Çavuşoğlu, “Cənab Mitsotakis bu sözləri ilə düşüncəsindəki irqçi, ayrı-seçkiliyə əsaslanan və etnik fikirlərini təzahür etdirib” deyib.

Qeyd edək ki, H.Çavuşoğlu, Bursa Osmangazi Bələdiyyə Başqanı Mustafa Dündar ile birlikte Batı Trakya Türkləri Dayanışma Dərnəyi ve Balkan Köçmənləri Kültür və Dayanışma Dərnəyini ziyarət edib. Görüş zamanı sözügedən dərnəklərin təmsilçilıri də Yunanısataın Baş nazirinin fikirlərini tənqid ediblər.

Mission News Theme by Compete Themes.