Press "Enter" to skip to content

Sulduzda 22 may hərəkatının ildönümü qeyd edilib – VİDEO

Bayraqdar.info – Bir neçə gün öncədən ETTELAAT-ın yerli bölmələrinin hədə-qorxularına və xəbərdarlıqlarına baxmayaraq keçirilən anım mərasimində mədəni fəal İbrahim Moini çıxış edib.

Mayın 25-də Sulduz şəhərinin milli-mədəni fəalları 22 may (1 Xordad) hərəkatının ildönümündə Tehran rejiminin silahlı qüvvələri tərəfindən öldürülmüş sulduzluların məzarları başına toplaşaraq onların xatirəsini anıblar.

Bir neçə gün öncə ETTELAAT əməkdaşları milli-mədəni fəallar Həsən Badpeyma, Vəli Siyami, Nasir Əhmədi, Ehsan İsmayıldoxt, Əli Hacməhəmmədi, Məhərrəm Kərimi, Əli Dünyadust, İbrahim Moini, Vəli Azəriyyun, Cavad Payizini bölməyə çağıraraq onlardan etiraz aksiyalarının ildönümündə heç bir aksiyaya qatılmamağı istəyiblər.

“Sulduz prokurorluğunun həbs barədə qərarı hazırdır və onlar hər hansı aksiyaya qatıldıqları təqdirdə dərhah həbs olunacaqlar”, – deyə məmurlar milli fəalları hədələyib.

Qeyd edək ki, bu günlər 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş hadisələrin 15-ci ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Güney Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olmuşdu.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəriyyun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasımi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirmişdi.

C.E

https://www.youtube.com/watch?v=eYMccafyfSM

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.