Son yeniləmə: 26 May 2021 15:04
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 25-də təşkil olunmuş növbəti hərracda 2 dövlət əmlakı özəlləşdirilib.
Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə bunlardan biri Şəmkir rayonunda yerləşən Şəmkir Balıq Zavodudur. Digəri isə Neftçala şəhərində yerləşən inzibati idarə binasıdır.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı: https://bit.ly/34jdb6R
Hər kəs Xidmətin rəsmi saytından və ya Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Xəbərdə hərracda iştirakçı statusu almaq proseduru isə aşağıdakı kimidir:
Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçməli, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində beh ödəmək lazımdır. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar da hərrac günü Əmlak Xidmətləri Məkanına gəlməklə, yaxud Elektron hərrac bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.