Son yeniləmə: 26 May 2021 15:29
Bayraqdar.info – “İki tərəfdə təsdiqlənmiş qaydalar çərçivəsində gələn həftə keçid qapılarının açılması planlaşdırılır”.
Bunu KKTC Cümhurbaşqanlığı özəl təmsilçisi Ergün Olgun Kıbrısda tərəflər arasındakı keçid qapılarının yenidən açılacağı ilə bağlı açıqlamasında deyib.
KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bayraqdaq.info-ya verilən məlumata görə, Ergün Olgun bununla bağlı rum tərəfi ilə razılıq əldə edildiyini bildirib: “Kıbrıs türk tərəfi qapıların keçidlərə açılmasına bu gündən hazırdır. Kıbrıs rum liderliyinin dəyərləndirməsinin ardından iki tərəfdə təsdiqlənmiş qaydalar çərçivəsində gələn həftə keçid qapılarının açılması planlaşdırılır”.