Press "Enter" to skip to content

Jurnalistlər üçün növbəti peyvənd kampaniyası təşkil edilir

Azərbaycan Mətbuat Şurası

Son yeniləmə: 26 May 2021 15:53

Bayraqdar.info – Mayın 31-də Azərbaycan Mətbuat Şurasında (MŞ) jurnalistlərin növbəti vaksinasiyası təşkil ediləcək.

Bu haqda xəbəri bayraqdar.info-ya MŞ-dən veriblər.

Xəbərdə qeyd olunur ki, aprelin 26-də birinci peyvəndi vurdurmuş jurnalistlər ikinci peyvəndi vurdura biləcəklər.

İlk peyvəndi vurdurmaq üçünsə media qurumları 18 yaşdan yuxarı işçilərinin siyahısını rəsmi təsdiq edilmiş şəkildə MŞ-yə təqdim etməlidir.

Əlavə olaraq bildirilir ki, “COVID-19 infeksiyasına qarşı vaksinin hər iki dozası tətbiq edilmiş
jurnalistlər bununla əlaqədar müvafiq sənədi mayın 31-dən başlayaraq MŞ-dən əldə edə biləcəklər”.

Mission News Theme by Compete Themes.