Son yeniləmə: 26 May 2021 17:27
Bayraqdar.info – Xarici İşlər naziri Ceyhun Bayramov ilə BMT Vyana bölməsinin Baş direktoru və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin İcraçı direktoru xanım Gada Vali arasında görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan ilə adı keçən İdarə arasındakı əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Tərəflər narkotiklərin qeyri-qanuni dövriyyəsi, korrupsiya və digər transmilli cinayətkarlıq növlərinə qarşı mübarizə üzrə meydana çıxan çətinliklər barədə müzakirə aparıb. Eyni zamanda birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı razılıq əldə edib.
Görüş zamanı həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının uğurlu modeli olan ASAN Xidmət və DOST Mərkəzləri barədə fikir mübadiləsi aparılıb. Bu müsbət təcrübənin bölüşdürülməsinin əhəmiyyəti vurğulanıb.