Son yeniləmə: 26 May 2021 15:10
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (DTSERA) tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.
Bu barədə bayraqdar.info-ya sözügedən Nazirlikdən bildirilib.
Qeyd olunur ki, 2021-ci ilin yanvar-aprel aylarında 10 minə yaxın şəxsə əlillik təyinatı aparılıb. Onlardan 3 min 178-i ilkin, qalanları təkrar əlillik təyin edilənlər olub.
Əlillik təyinatı aparıldıqdan sonra həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.
Xatırladaq ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında obyektiv və şəffaf şəkildə həyata keçirilir.