Press "Enter" to skip to content

Xarici İşlər naziri Avstriyada Ermənistanın əməllərindən danışıb

Ceyhun Bayramov

Bayraqdar.info – Mayın 25-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya səfəri çərçivəsində bu ölkənin aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Bu haqda xəbəri bayraqdar.info-ya XİN Mətbuat xidməti idarəsindən veriblər.

Nazir görüşdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri haqqında danışıb. Eyni zamanda Azərbaycana qarşı təxribatlar və əks hücum əməliyyatını qeyd edib. 44 günlük Vətən savaşının nəticələri də görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Nazir üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər barədə fikirlərini bildirib. O, işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün yaranan imkandan danışıb. Həmçinin bölgədə əməkdaşlıq və dayanıqlı inkişafın təmin edilməsi imkanının yaranması, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesini qeyd edib.

“Nazir Ceyhun Bayramov, eyni zamanda, üçtərəfli bəyanatların icrasına mane olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib. Bu xüsusda, Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmə cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və Azərbaycana qarşı nifrət əks etdirən açıqlamaları və digər məsələləri vurğulanıb”, – deyə xəbərdə bildirilir.

Qeyd edək ki, Nazirliyin Mətbuat xidməti idarəsi bu görüşdən görüntü təqdim etməyib.

Əlavə edək ki, bayraqdar.info bu gün səhər erkəndən nazir C.Bayramovun Avstriyaya səfəri haqqında xəbər vermişdi. Sonrakı saatlarda isə nazirin ATƏT-in Baş katibi ilə görüşü barədə xəbəri təqdim etmişdik.

Mission News Theme by Compete Themes.