Press "Enter" to skip to content

“Türkiyə-Azərbaycan təhsil əməkdaşlığı” mövzusunda görüş

Bayraqdar.info – Mayın 25-də Təhsil Nazirliyində Türkiyə Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün mövzusu “Türkiyə ilə Azərbaycan arasında təhsil əməkdaşlığı” olub.

Xəbər Təhsil Nazirliyindən verilib.

Xəbərdə bildirir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov qonaqlarla görüşün yüksək əhəmiyyətindən danışıb. O, bildirib ki, imzalanan müqavilələr və aparılan müzakirələr Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

F. Qurbanov ölkəmizdə icra olunan ikili diplom proqramlarından söz açıb. Qeyd edib ki, 5 beynəlxalq ikili diplom proqramından artıq 3-ü 2020-ci ildən həyata keçirilir. Bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır.

“Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır”, – deyə nazir müavini qeyd edib.

O, 70 minlik tələbə kontingentinə malik Qazi Universiteti ilə yerli ali təhsil müəssisələrimiz arasında əməkdaşlıq müqaviləlırini çox yüksək qiymətləndirib.

Qazi Universitetinin rektoru Musa Yıldız iki ölkənin ali təhsil müəssisələri arasındakı əməkdaşlıqların yüksək nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.

Mission News Theme by Compete Themes.