Bayraqdar.info – Mayın 25-də saat 19:00-da “Direktorlar klubu” çərçivəsində davam edən “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq.
Xəbər Təhsil Nazirliyindən verilib.
Bildirilir ki, bu dəfəki proqramda strateji planlaşdırma haqqında danışılacaq.
Proqram hər həftənin çərşənbə axşamı “T-network”un Facebook səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
Qeyd olunur ki, “Direktorlar klubu”na üzv olmaq istəyən ümumtəhsil məktəb direktorları bundan yararlana bilərlər.