Son yeniləmə: 25 May 2021 23:12
Bayraqdar.info – Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində mayın 25-də ATƏT-in Baş katibi Helga Şmid ilə görüşüb.
Bu haqda xəbəri bayraqdar.info-ya Nazirliyin Mətbuat xidməti idarəsindən veriblər.
Görüş zamanı C.Bayramov ATƏT-lə əməkdaşlıq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın Ermənistanla Azərbaycan arasında, bütövlükdə bölgəfə münasibətlərin normallaşmasına yol açması haqqında danışıb.
“Görüş zamanı, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn bir sıra məsələlər müzakirə edilib, xüsusilə regional nəqliyyat bağlantılarının açılmasının Ermənistan da daxil olmaqla bütün region dövlətləri üçün yeni imkanlar açdığı və Ermənistan üçün iqtisadi əməkdaşlıq və inkişafdan yararlanmaq imkanının yarandığı bildirilib.
“Tərəflər eyni zamanda, münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində həyata keçirilən tədbirlər, ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə bildirilir.
Qeyd edək ki, bayraqdar.info nazirin Vyana səfəri haqqında bu gün səhər xəbər vermişdi.
Onu da əlavə edək ki, Helga Şmid bu görüş barədə özünün sosial media hesabında paylaşım edib.
Welcomed @bayramov_jeyhun, Foreign Minister of #Azerbaijan to the @OSCE Secretariat today. We had a wide-ranging discussion on aspects of comprehensive conflict settlement and sustainable peace, the regional security situation, and ongoing and future OSCE engagement. pic.twitter.com/8xUWq3aIPO
— Helga Maria Schmid (@HelgaSchmid_SG) May 25, 2021
[…] verib. O, bu gün səhər erkəndən Avstriyaya səfərə getmiş, orada ATƏT-in Baş katibi ilə görüşmüşdü. Bundan sonra isə beyin mərkəzlərinin rəhbərləri ilə görüşə […]