Press "Enter" to skip to content

Azərbaycanın Xarici İşlər naziri Avstriyaya yollandı

Ceyhun Bayramov

Bayraqdar.info – Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Bu haqda bayraqdar.info-ya xəbəri XİN-in Mətbuat xidməti idarəsindən veriblər.

“Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur”, – deyə xəbərdə bildirilir.

3 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.