Bayraqdar.info – Mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu məsələsi daim diqqətdə saxlanılır. Belə ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar elektron müraciət vasitəsilə Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin videoqəbuluna yazıla bilərlər.
Bu barədə Təhsil Nazirliyi mayın 24-də açıqlama yayıb.
Açıqlamada göstərilir ki, istifadəçilər əvvəlcə Nazirliyin rəsmi saytının əlaqə hissəsindən elektron müraciət bölməsinə daxil olurlar. Daha sonra müraciətin mövzusunu “Virtual qəbul” seçməklə videoqəbulda iştirak edə bilərlər.
“Vətəndaşlar elektron müraciət vasitəsilə Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran təhsil şöbələrinin də videoqəbullarına yazıla bilər. Qeyd edək ki, videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunmasıdır. Bununla yanaşı, Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək də qəbula yazılmaq mümkündür.” Açıqlama bu sözlərlə bitir.