Bayraqdar.info – Mayın 24-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.
MTŞR “Lider TV və Radio-Azərbaycan” MMC-nin 01 iyun 2021-ci il saat 00:00-dan etibarən yayımının dayandırılması barədə qərar qəbul edib. Bu qərarın verilməsinə səbəb “Lider TV” MMC-yə verilmiş 19 yanvar 2018-ci il tarixli 169 saylı lisenziyasının məhkəmənin qərarı ilə ləğv edilməsidir.
Xəbər MTŞR-dən verilib.
İclasda həmçinin, “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyi də müzakirə edilib.
Bundan başqa, “Mingəçevir” TV və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziyalarının da bir il ərzində 60 gün həyata keçirilmədiyi nəzərə çatdırılıb. Bütün baş verənləri nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə qərarlar qəbul edilib.