Bayraqdar.info – Dövlət İmtahan Mərkəzindən mayın 24-də verilən məlumata görə, burada ayın 22-də TOEFL iBT imtahanı keçirilib. İmtahan koronavirusla (COVID-19) mübarizə ehtiyat tədbirləri çərçivəsində təşkil edilib.
Məlumatda bildirilir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.
DİM qeyd edir ki, imtahanda 11 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Həmçinin, DİM-dən bildirilib ki, növbəti TOEFL iBT imtahanının iyunun 5-də keçirilməsi nəzərdə tutulur.