Bayraqdar.info – ABŞ Dövlət katibi Entoni Blinken Belarusun göydə uçan təyyarəni endirib jurnalisti həbs etməsilə bağlı sərt bəyanatla çıxış edib.
Bu haqda xəbər bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən daxil olub.
Bəyanatda qeyd edilir ki, ABŞ Avropa Birliyinin iki üzv dövləti arasında uçuş həyata keçirən təyyarəni enişə məcbur etmə halını sərt şəkildə qınayır. ABŞ həm də bu eniş sonucu jurnalist Raman Prataseviçin həbs edilməsini qınayır. Eyni zamanda onun dərhal azadlığa buraxılmasını tələb edir.
Bəyanatda qeyd edilir ki, belə bir əməllə Lukaşenko rejimi içində ABŞ vətəndaşları da olmaqla 120-dən çox sərnişinin həyatını təhlükəyə məruz qoyub.
İlkin məlumatlara görə, təyyarənin endirilməsində Belarus təhlükəsizlik xidməti və hərbi təyyarəsi iştirak edib. “Bu halın dərindən araşdırılması lazımdır”, – deyə E.Blinken bəyan edir.
ABŞ Dövlət katibi onu da bəyan edib ki, məsələni araşdırmaq üçün təyyarənin qalxdığı və yönəldiyi iki AB ölkəsi – Yunanıstan və Litva ilə əlaqəli işləyirlər. O, həm də bəyan edib ki, məsələnin tezliklə müzakirə edilməsi üşün Beynəlxalq Mülki Aviyasiya Təşkilatı Şurasının toplaşmasını istərdilər.
ABŞ rəsmisi sonda bəyan edib ki, demokratiya və qanunun aliliyi məsələsində Belarus xalqı ilə bir olmağa davam edəcəklər.
Təpkilər daha genişdir
Məsələyə Böyük Britaniyadan da sərt reaksiya gəlib. BBC-nin verdiyi xəbərə görə, BB-nın Xarici İşlər naziri Dominik Raab belə davranışın ciddi nəticələri haqqında xəbərdarlıq edib.
Eyni zamanda ABŞ-ın Belarusdakı səfiri bu hadisəyə sərt münasibət bildirib və təyyarənin məcburi endirilməsini təhlükəli hal kimi dəyərləndirib.
Lukashenka and his regime today showed again its contempt for international community and its citizens. Faking a bomb threat and sending MiG-29s to force @RyanAir to Minsk in order to arrest a @Nexta journalist on politically motivated charges is dangerous and abhorrent.
— U.S. Special Envoy for Belarus (@USAmbBelarus) May 23, 2021
Latviya Xarici İşlər naziri isə təyyarənin belə endirilməsini qaçırılma kimi qiymətləndirib və Belarus səmasının beynəlxalq uçuşlar üçün qapadılmasına çağırış edib.
Today’s hijacking of #Ryanair flight by Lukashenko regime shows that Belarusian airspace is not safe, people’s lives were put at risk and kidnaping of a political opponent took place. Belarusian airspace must be closed for all international flights.
— Edgars Rinkēvičs (@edgarsrinkevics) May 23, 2021
Media mənbələri xəbər verir ki, mayın 23-də, axşama doğru, Afinadan Vilnüsə uçan RyanAir şirkətinə məxsus FR4978 saylı uçuşu yerinə yetirən təyyarə mənzilə az qalmış – Belarusun sərhədləri daxilində bomba təhdidi xəbərdarlığı ilə məcburi Minskə endirilib. Halbuki Vilnüs hava limanı daha yaxında olub.
Təyyarə yerə endirildikdən sonra araşdırma aparılıb, bomba aşkar edilməyib. 171 nəfərin uçduğu təyyarədən Belarusun müxalif jurnalisti, 26 yaşlı mühacir Raman Prataseviç həbs edilib. Bundan sonra təyyarəyə uçuşu davam etdirmək izni verilib. Bildirilir ki, saxta bomba xəbərdarlığı, əslində müxalif jurnalisti həbs etmək üçün uydurulub.