Press "Enter" to skip to content

Bakı Türk Anadolu Liseyinin müəllimlərindən “Mehtər Taqımı”

Bayraqdar.info – Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı olan Bakı Türk Anadolu Liseyinin müəllimləri “Mehtər Taqımı” yaradıb.

Bu barədə bayraqcdar.info-ya Türkiyənin ölkəmizdəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, Bakı Türk Anadolu Liseyinin müəllimləri Azərbaycanda məktəblərin koronavirus tədbirləri ilə bağlı uzun müddət bağlandığı bir zamanda “Mehtər Taqımı” yaratmaq qərarına gəlib. Qrupun yaradılması işini liseyin müdir müavini və musiqi müəllimi Serkan Ün öz üzərinə götürüb.

Müəllimlərdən ibarət olan “Mehtər Taqımı” ilk çıxışını 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı mərasimində məktəbdə reallaşdırıb. Qrupda sinif rəhbərindən riyaziyyat müəlliminə, fizika müəllimindən rəhbərliyə qədər 25 müəllim təmsil olunur.

Serkan Ün yaratdıqları “Mehtər Taqımı”nın və nümayiş etdirdikləri çıxışın il yarımlıq pandemiya müddətinin yaratdığı hüznün partlayışa çevrilməsi mənasına gəldiyini deyib. O, pandemiya dövründə müəllimlərin şagirdlərinə, şagirdlərin də məktəbə həsrət qaldığını qeyd edib: “Müəllim yoldaşlarımızla bir şey etmək istədik. Qısa müddət ərzində oldu, amma düşünürəm ki, bacardıq. Müəllim yoldaşlarımızın dəyərli səyləri və zəhmətləri ilə bu günü gördük. Gələcək təkliflərə açığıq. Bu, bizim əvəzolunmaz bir mədəniyyətimizdir. Mehtər bir ruhdur, ənənəmizdir. Bunu Bakıda yaşada bilsək çox xoşbəxt olarıq”.

Mission News Theme by Compete Themes.