Son yeniləmə: 24 May 2021 09:39
Bayraqdar.info – “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib.
Bu haqda xəbəri bayraqdar.info-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər.
Giriş nitqində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 44 günlük savaş sonrası qazanılna qələbənin yeni imkanlar açdığını deyib. O, Qarabağda arxeoloji və etnoqrafik tədqiqatların bərpasının bir vəzifə kimi qarşıda durduğunu xüsusi olaraq qeyd edib.
Akademik İsa Həbibəyli: “Bu gün keçirilən konfrans dövlət rəhbərimiz, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşımızda qoyduğu Qarabağa Böyük Qayıdış kimi strateji vəzifənin müddəalarına tam uyğundur. Bu tədbir AMEA-nın azad edilmiş torpaqlarımızla bağlı tədbirlər planının gerçəkləşməsini göstərir”.
Bundan sonra müxtəlif istiqamətlər üzrə çıxışlar dinlənilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, Prof. Dr. Maisə Rəhimova “Qarabağın arxeoloji irsinin tədqiqində yeni mərhələ”;
İnstitutunun elmi işlər üzrə direktor müavini, Prof. Dr. Nəcəf Müseyibli “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər”;
Eneolit və ilk tunc dövrü arxeologiyası şöbəsinin müdiri, Prof. Dr. Hidayət Cəfərov “Qarabağda arxeoloji tədqiqatlar tarixindən”;
Daş dövrü arxeologiyası şöbəsinin müdiri, Prof. Dr. Əsədulla Cəfərov “Qarabağın paleolit düşərgələri: elmi nailiyyətlər, qarşıda duran problemlər”;
Antropologiya Mərkəzinin rəhbəri, Prof. Dr. Əliağa Məmmədli “Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri haqqında”;
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Qarabağın arxeoloji irsinin Yaxın Şərq mədəniyyətlərinin öyrənilməsi üçün əhəmiyyəti”;
ukraynalı arxeoloq və bərpaçı Tatyana Krupa “Girzan kəndi qəbiristanlığındakı (Tovuz rayonu) sinə daşlarının qorunması problemi” mövzusunda çıxış edib.
İnstitutun sektor müdiri, t.ü.f.d. Təvəkkül Əliev “Aşağı Qarabağın son neolit dövrü sakinlərinin mədəni-təsərrüfat həyatına dair”;
t.ü.f.d. Mənsur Mənsurov “Zar paleolit mağara düşərgəsində aparılan yoxlama qazıntısının ilkin nəticələri”;
t.e.d. Fəzail Vəliyev “Orta əsrlərdə Bərdə şəhəri Qarabağ geyim mədəniyyətinin mərkəzi kimi”;
t.ü.f.d. Ülviyyə Hacıyeva “Kəlbəcər rayonunda Alban tarixi sitayiş irsi”;
t.ü.f.d. Bəhmən Əliyev “Qarabağ at cinsinin Azərbaycanın atçılıq təsərrüfatında yeri”;
t.ü.f.d. Pərviz Qasımov “Arxeogenetik araşdırmaların aktuallığı: Qarabağda aparılacaq arxeoloji tədqiqatlar üzrə” mövzusunda çıxış edib.
“Konfransa təqdim edilmiş 60-a yaxın məruzədə azad edilmiş Qarabağda aparılacaq arxeoloji və sosial-antropoloji tədqiqatların prioritet istiqamətləri öz əksini tapıb”, – deyə xəbərdə bildirilir.