Press "Enter" to skip to content

Prezident İlham Əliyevin yeni informasiya strategiyası

Bayraqdar.info – 44 günlük Vətən müharibəsi bir çox məqamları ilə tarixə düşdü. Əvvəla müharibənin nəticəsi olaraq torpaqlarımız Ermənistanın işğalından azad olundu. Müharibə dini və milli mənsubiyyətindən aslı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların işğalçılara qarşı vahid cəbhədə mübarizə apardığını dünyaya nümayiş etdirdi. Ən əsası isə Azərbaycan Prezidentinin Vətən müharibəsi dövründəki fəaliyyəti dünyanın diqqət mərkəzində oldu. Bu fəaliyyət dövlət başçısının müharibəni həm döyüş meydanında, həm də informasiya cəbhəsində apardığının əyani sübutu idi.

Çoxsaylı suallar və onlara verilən məntiqli cavablar

Bunlarla yanaşı postmüharibə dövründə, bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransı da tarixə yazıldı. 4 saat ərzində 35 media qurumunun 50-dək sualı ətraflı və dolğun şəkildə cavablandırıldı.

Bura aprelin 13-də keçirilən “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı da əlavə etməliyik. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı, dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Prezidentin mühüm mesajları ilə yadda qaldı.

Elə mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələr də bu baxımdan əlamətdardır. Dövlət başçımızın müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə iştirakı və çoxsaylı suallara ətraflı cavab verməsi diqqət mərkəzində oldu.

Sadalananların fonunda Azərbaycan Prezidentinin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı, onları peşəkar formada cavablandırmaq bacarığı da xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, xarici və yerli ekspertlər də bu məqamların üzərində xüsusi olaraq dayanırlar.

Dövlət başçımızın yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılığı xüsusi vurğulanır. Bütün bunları, həmçinin dövlət başçımızın elmi-politoloji biliyini yüksək qiymətləndirən ekspertlər Prezident İlham Əliyevin dünya səviyyəli siyasətçi olduğunu bildirirlər.

Yeni informasiya strategiyasının prinsipləri

Beləliklə yuxarıda bəhs edilən 3 tədbir təsdiqlədi ki,

Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həmçinin dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir;
Dövlət başçısının yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub;
Yeni informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir.

Biz indi gələcəyə baxmalıyıq

Bütün bunların fonunda yeni informasiya strategiyası ilə bağlı bir məqam da vurğulanmalıdır: Müharibə dövründə və sonrakı mərhələdə bu strategiya Ermənistan, erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində mühüm rol oynadı və hazırda da oynayır. Yəni, yeni informasiya strategiyası postmüharibə dövründə regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığının nəticələri barədə dünyaya dolğun məlumat verməyə şərait yaradır.

Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikirləri regionun gələcək inkişafı ilə bağlı “yol xəritəsi” kimi dəyərləndirilə bilər: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə geniş miqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

“Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır.

“Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.

Mission News Theme by Compete Themes.