Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edəcək. Bu barədə o, Millət Kitabxanasında gənclərlə görüşündə deyib.
KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumatda belə deyilir.
Recep Tayyip Erdoğan, “İnşallah, 20 iyulda Kıbrısda olacağam və Kuzey Kıbrısdan bütün dünyaya vacib mesajlar verəcəyəm” deyib: “Kuzey Kıbrısda bizim olmağımız. Kuzey Kıbrısdan verəcəyimiz mesajlar sadəcə adanı deyil, bütün dünyanı ilgiləndirir”
Onun “Bizim üçün Türkiyə 780 min kvadrat kilometrdən ibarət deyil. Bizim üçün hər yer Türkiyədir” sözləri isə xüsusi maraqla qarşılanıb.
“Bölgədə ola biləcək hər hansı bir hücumda güclü olmağımız lazımdır. Güclü olmaq üçün də havada, quruda, dənizdə her şeyinlə var olacaqsan”, deyən Recep Tayyip Erdoğan daha sonra Türkiyənin lazım olan anda hər bir addımı atmağa hazır olduğunu bldirib.