Press "Enter" to skip to content

EHİM ilə Böyük Britaniyanın Rəqəmsal Hökumət Xidməti arasında Protokol

Bayraqdar.info – Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov təmsil edib.

ASAN Xidmətdən bayraqdar.info-ya verilən məlumata görə, F.Cəfərov Azərbaycanın elektron dövlət xidmətlərində süni intellektin tətbiqi mövzusunda təqdimatla çıxış edib. O, “ASAN Login”də səs və üztanımaya əsaslanan süni intellekt texnologiyasının istifadəsindən, “ASAN Viza”da tətbiq olunan maşın öyrənmə həlli və “ASAN xidmət” mərkəzi konsepsiyası haqqında danışıb.

Tədbir çərçivəsində EHİM ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət Protokolu imzalanıb. Niyyət Protokolu tərəflərin rəqəmsal hökumət sahəsində əməkdaşlıq qurmaq istəyi əsas tutularaq rəqəmsal hökumət sahəsində ümumi prinsiplərin dəstəklənməsi şərti ilə imzalanıb.

Niyyət Protokolu bir çox sahələri əhatə edir.

Məlumatda əlavə edilir ki, EHİM digər xarici ölkə və beynəlxalq qurumlarla da geniş əməkdaşlıq qurub və bu əməkdaşlıqları uğurla davam etdirir.

Mission News Theme by Compete Themes.