Press "Enter" to skip to content

Ceyhun Bayramovdan Almaniyaya təşəkkür, Macarıstana dəstək – VİDEO

Ceyhun Bayramov

Son yeniləmə: 21 May 2021 18:58

Bayraqdar.info – Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edib.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Nazir çıxışında 2021-ci ilin 25 yanvar tarixində Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümünün tamam olduğunu bildirib. O, Avropa Şurasına üzv olduğu müddətdə Azərbaycanın bu təşkilat və onun müxtəlif təsisatları ilə bütün istiqamətlər üzrə konstruktiv əməkdaşlığa fəal şəkildə cəlb olunduğu deyib. Ölkəmizin bu əməkdaşlığın qarşılıqlı hörmət və anlayış əsasında davam etdirilməsində maraqlı olduğu qeyd edilib.

Nazir Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunacağını da deyib. Həmçinin, 2021-ci ilin 30 illik müstəqillik dövründə ilk silahlı münaqişəsiz il olduğunu vurğulayıb. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoyduğu qeyd edilib. Sözügedən sənədin iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımı şəraiti yaratdığını iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda, Ermənistan tərəfindən 10 noyabr tarixli bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərin pozulduğunu qeyd edib. Bu xüsusda, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini təqdim etməkdən imtina etdiyi bildirilib. Ermənistanın 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumatı təqdim etməməsinin ciddi narahatlıq doğurduğu vurğulanıb.

Nazir AŞ da daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanı revanşıst fəaliyyət və Azərbaycana qarşı olan nifrətdən imtina edərək davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün unikal imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə çağırıb.

Ceyhun Bayramov çıxışında Avropa Şurası Nazirlər Komitəsində sədrliyini müvəffəqiyyətlə başa vurması münasibətilə Almaniyanı təbrik edib. Həmçinin Macarıstanın gələcək sədrliyinə tam dəstək ifadə edib.

Mission News Theme by Compete Themes.