Bayraqdar.info – “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri” mövzusunda onlayn ictimai görüş keçirilib.
Azərbaycan Milli QHT Forumunun təşkil etdiyi görüşdə İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri də iştirak ediblər.
Ba barədə bayraqdar.info-ya Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.
Qeyd olunub ki, görüşdə sahibkar, dövlət qurumu, vətəndaş cəmiyyəti institutları, bank və kredit təşkilatlarının 100-dən çox nümayəndəsi iştirak edib. Fondun İdarə Heyəti sədrinin müavini Arif Vəliməmmədov çıxış edərək mövzu ilə bağlı bir sıra vacib məqamlara toxunub.
İctimai müzakirə zamanı pandemiya dövründə və Vətən müharibəsi nəticəsində yaranmış şəraitdə vətəndaşlara və sahibkarlara göstərilən dövlət dəstəyi barədə danışılıb.
Həmçinin banklar tərəfindən həyata keçirilən adekvat tədbirlər barədə geniş məlumat verilib. Görüşdə sahibkarların maliyyə resurslarına çıxışında qarşılaşdığı məsələlər və onların həlli yolları ilə bağlı təkliflər səsləndirilib. Banklar tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsində vətəndaşlar və sahibkarlarla qarşılıqlı dialoqun önəmi qeyd olunub, bu cür tədbirlərin mütəmadi olaraq təşkil olunacağı bildirilib.