Press "Enter" to skip to content

9-cu siniflərin imtahanı iyunun 2 və 3-də keçiriləcək

Bayraqdar.info – İyunun 2-də Şəki, Lənkəran, Gəncənin Kəpəz, Abşeron, Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında 9-cu siniflər üçün buraxılş imtahanı keçiriləcək.

Məlumatı mayın 21-də Dövlət İmtahan Mərkəzi yayıb.

Məlumatda deyilir ki, iyunun 3-də də Naxçıvan MR, Şirvan və Sumqayıt, Gəncənin Nizami, Ağstafa, Astara, Daşkəsən, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Şabran, Ucar, Yardımlı, Yevlax və Zərdab rayonlarında 9–cu siniflər buraxılış imtahanı verəcək.

İmthanları DİM həyata keçirəcək.

DİM-dən bildirilib ki, imtahan verəcək şagirdlər və təhsil müəssisələri qurumun saytından imtahana buraxılış vərəqəsini çap edə, iş nömrəsini isə təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Həmçinin, şagirdlər “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap etməlidirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Qurumun məlumatına görə, buraxılış vərəqini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalıdır. Brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün məktəbin arayışını DİM-in saytından yükləyə bilərlər.

Qeyd edilib ki,

– Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verəcəklər.
– Məcburi köçkün rayonlarının məktəblərinin şagirdləri bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verəcək.

Mission News Theme by Compete Themes.