Press "Enter" to skip to content

Təhsil qurumları PIRLS 2021 tədqiqatını davam etdirir

Bayraqdar.info – PIRLS 2021 (Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) qiymətləndirmə tədqiqatının pandemiya dövründə mərhələli şəkildə təşkili planlaşdırılıb. Tədbir Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən keçiriləcək.

Bu barədə xəbəri mayın 20-də Təhsil Nazirliyi yayıb.

“Qiymətləndirmə tədqiqatının ölkə üzrə 52 bölgədən 200 məktəbdə keçirilməsi nəzərdə tutulur. İlk növbədə, 49 bölgə üzrə 115 məktəbdə qiymətləndirmə həyata keçirilib. Qeyd edək ki, PIRLS 4-cü sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə hər 5 ildən bir təşkil olunur”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.