Press "Enter" to skip to content

Ermənistanda nasistlərlə iş birliyi edənlərə sitayiş olunur

Son yeniləmə: 20 May 2021 12:51

Bayraqdar.info – “Təəssüf ki, Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığını müşahidə edirik. Bu tendensiyanın təkcə Azərbaycana qarşı deyil, həm də erməni düşüncəsindən bir qədər fərqli fikir bildirməyə cəsarət edən hər hansı bir millət və ya qrupa qarşı yönəlməsi xüsusilə narahatlıq doğurur.”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, L.Abdullayeva vurğulayıb ki, Ermənistanda nasistlərlə iş birliyi edənlərə sitayiş olunur, beynəlxalq terrorçular qəhrəmanlaşdırılır: “Bu yaxınlarda Mahatma Qandi kimi dünyaca məşhur sülh və dözümlülük tərəfdarının abidəsinə qarşı anlaşılmaz tərzdə bir vandalizm aktı törədildi”.

L.Abdullayeva əlavə edib ki, ekstremizmin bu cür meylləri təhlükəlidir və onlar dərhal aradan qaldırılmalıdır: “Ermənistanı zəhərli “milli üstünlük və ərazilərin genişləndirilməsi” fikirlərindən imtina etməyə təşviq etmək lazımdır.

“Ermənistan, nəhayət beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır. Yalnız bundan sonra Ermənistan yaxşı qonşuluqdan və regional əməkdaşlıqdan faydalanmağa başlayacaq.

“Azərbaycan öz növbəsində suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik, regional inkişaf və əməkdaşlığa sadiq olaraq qalmaqdadır”.

Mission News Theme by Compete Themes.