Press "Enter" to skip to content

Daha iki şəhid ailəsi üçün kiçik istehsal müəssisəsi yaradılıb

Bayraqdar.info – Vətən müharibəsi şəhidlərindən olan İsrafil İbrahimovun və Qüdrət Adişovun ailə üzvləri üçün də özünüməşğulluq proqramı çərçivəsində kiçik istehsal müəssisələri yaradılıb.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, lazımi avadanlıqlar verilməklə şəhid İsrafil İbrahimovun anası Səbinə İbrahimova (Nərimanov rayonu) üçün un məmulatlarının istehsalı müəssiəsi qurulub. Eyni zamanda, şəhid Qüdrət Adişovun anası Yaqut Adişova (Sabunçu rayonu) üçün tekstil məhsullarının istehsalı müəssiəsi qurulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və digər əməkdaşlar hər iki ailə ilə görüşüblər. Həmçinin ailələr üçün yaradılmış kiçik müəssisələrə də baxış olub.

Şəhid ailələrinin sosial vəziyyətinin daim diqqətdə olacağı, onların sosial dəstəklə təminatı işlərinin bundan sonra da davam edəcəyi bildirilib.

Mission News Theme by Compete Themes.