Press "Enter" to skip to content

Ukrayna yerli xalqlar haqqında qanun qəbul edir

Volodimir Zelenski

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski “Ukraynanın yerli xalqları haqqında qanun” layihəsini Ali Radaya təqdim edib. Özü də təcili. Həm də Krım tatarlarının 77 il öncə sürgün edilməsinin ildönümü günündə – 18 mayda.

Bu haqda xəbəri bayraqdar.info-ya Ukrayna Prezidentinin Ofisindən veriblər.

Xəbərdə deyilir ki, bu sənəd yerli xalqların hüquqlarını və onların tətbiqinin özəlliklərini ehtiva edir. Qanunun məqsədi Ukrayna xalqını birləşdirmək və inkişaf etdirməkdir. Eyni zamanda etnik, mədəni, dil və dini kimliyin inkişafı məqsədi güdülür.

Krım Tatar Soyqırımı Qurbanlarının Xatirə Günündə etdiyi müraciətdə V.Zelenski deyib ki, Krım Muxtar Respublikasının və Sevastopolun azad edilib yenidən Ukraynaya qovuşdurulmasının da əsas öncəliyi yerli xalqların hüquqlarının bərpasına hesablanıb.

“Bu gün mən yerli xalqlar haqqında qanunu parlamentə təcili təqdim edirəm. Əminəm ki, deputatlar qısa vaxtda Ukraynanın yerli xaqlarının statusunu nəzərə alıb təsbit edəcəklər. O cümlədən də Krım tatarlarının”, – deyə Prezidend qeyd edib.

V.Zelenski bununla bağlı 30 ildir məsələni təxirə salan ötən 8 çağırış parlament heyətindən narazılığını da ifadə edib.

Ukrayna Prezidenti əminliyini ifadə edib ki, Krım ölkənin yurisdiksiyasına qayıdacaq.

Mission News Theme by Compete Themes.