Son yeniləmə: 19 May 2021 17:26
Bayraqdar.info – Mayın 19-dan həssas əhali qrupuna aid ailələrdən olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsilə bağlı müraciətlər qəbul edilir.
Bu haqda Təhsil Nazirliyindən bildirilib. Müraciətlərin son tarixi iyunun 7-dir.
Xəbərdə deyilir ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürüləcək. Onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün də statusu avtomatik rejimdə yoxlanılacaq. Hüququ olan tələbələrin təhsil haqqı təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.
Qeyd edək ki, bu qərar Nazirlər Kabineti tərəfindən verilib.