Bayraqdar.info – Mayın 19-da Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Cümhuriyyəti Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.
Nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlərlə bağlı fikir mübadiləsi də aparıblar.