Bayraqdar.info – Xarici İşlər naziri Ceyhun Bayramovla Birləşmiş Ərəb Əmirliklərinin Dövlət naziri Əhməd əl Sayeğ arasında videokonfrans formatında görüş keçirilib.
XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, tərəflər ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin bir-birinin namizədlərinə və təşəbbüslərinə qarşılıqlı dəstək verilməsi məsələsi müzakirə olunub.
Nazir C.Bayramov qarşı tərəfə regiondakı son vəziyyət, habelə üçtərəfli bəyanatların icrası ilə bağlı geniş məlumat verib.
Nazirlər eyni zamanda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Xüsusilə də alternativ enerji sahəsində iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.