Press "Enter" to skip to content

Əlilliyi olan bir qrup şəxsə təkərli oturacaqlar təqdim edilib

Bayraqdar.info – Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha 20 əlilliyi olan şəxsə təkərli oturacaqlar təqdim edib. Oturacaqları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyanın Primorye diyarındakı Azərbaycan diasporu göndərib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Təkərli oturacaqlar Abşeron, Qaradağ, Xəzər, Nəsimi, Binəqədi və Yevlax rayonlarında yaşayan və ehtiyac duyan əlilliyi olan şəxslərə evlərinə aparılaraq verilib.

Xatırladaq ki, bu ilin mart ayında Rusiyadakı diasporumuz tərəfindən əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərilib. Onların bir hissəsi Agentliyin tabeliyindəki Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzindəki əlilliyi olan şəxslərə verilmişdi.

Diasporumuzun sosial məsuliyyətə əsaslanan bu nəcib addımı ölkəmizdə əlilliyi olan şəxslərin təkərli oturacaqla təminatına töhfə vermək məqsədi daşıyır.

Mission News Theme by Compete Themes.