Bayraqdar.info – Mayın 18-də Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı olub.
Bu barədə Nazirlikdən bayraqdar.info-ya məlumat verilib.
Tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.
Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər barədə də fikir mübadiləsi aparılıb. O cümlədən yüksək səviyyəli mümayəndələr komitəsinin toplantısı və Xarici İşlər nazirlərinin görüşü müzakirə olunub.
Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirə aparıb.