Press "Enter" to skip to content

Prezident İlham Əliyevdən türk dünyasının böyük oğluna yüksək dəyər

Son yeniləmə: 18 May 2021 18:30

Bayraqdar.info – Prezident İlham Əliyev mayın 18-də görkəmli qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezidentin Mətbuat Xidmətindən bildirilir ki, Oljas Süleymenov Azərbaycan və Qazaxıstan respublikaları arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif edilib.

“Qeyd edək ki, Oljas Süleymenov 1936-cı ildə Almatı şəhərində anadan olub. Dünyanın 22 görkəmli mütəfəkkiri sırasında yer alan Oljas Süleymenov 2016-cı il aprelin 25-də Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülüb. O, 2011-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib”, – deyə xəbərdə vurğulanır.

Bayraqdar.infonun xəbərinə görə, o da qeyd edilib ki, O.Süleymenov 1990-cı ilin 20 Yanvar faciəsi ilə əlaqədar doğma türk soydaşlarına başsağlığı vermək üçün Bakıya gəlib və Kremlin Qurultaylar sarayında faciənin günahkarı olan ermənipərəst Mixail Qorbaçov rejimini tənqid edib. 1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra O.Süleymenov ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib və etməkdə davam edir.

Xəbərdə yazıçının “Az-Ya” əsəri təhlil edilib. Bildiriib ki, O. Süleymenov yaradıcılığında “Az-Ya” əsərinin xüsusi yeri var. Əsər türk xalqlarının tarixinə, dilinə, ictimai-siyasi tarixi nüfuzuna orijinal yanaşma baxımından müstəsna əhəmiyyət daşıyır.

İki hissədən ibarət olan “Az-Ya” kitabı həm də Avro-Asiya məkanında yaşayan bir çox xalqların mədəni və siyasi tarixlərinin bəzi məqamlarına işıq salmaq baxımından maraq doğurur.

Mission News Theme by Compete Themes.