Son yeniləmə: 18 May 2021 17:19
Bayraqdar.info – Yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı narahat edən əsas problem kimi qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 589 mindən çox artıb.
Məlumata əsasən, ötən sutka ərzində 589 min 677 nəfər yeni koronavirusa yoluxub, 11 min 127 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 162 milyon 773 min 940, ölənlərin sayı isə 3 milyon 375 min 573 nəfərə çatıb.
Bildirək ki, artıq xeyli müddətdir dünya ölkələri COVID-19-un daha geniş yayılmaması üçün tədbirlər görürlər.
Yeri gəlmişkən, Kuzey Kıbrıs Türk Cümhuriyyətində də bununla bağlı tədbirlər davam etdirlir. Bu arada Cümhurbaşqanı Ersin Tatar və Cümhurbaşqanlığı personalı növbəti dəfə PCR testi verib. Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.