Press "Enter" to skip to content

Faydalı qazıntıların istifadəsi ilə bağlı növbəti hərrac keçirilib

Son yeniləmə: 18 May 2021 17:31

Bayraqdar.info – Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə hərracların təşkili davam etdirilir. Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib. Hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən təşkil edilir.

Məlumatda deyilir ki, mayın 17-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraca “Qarasuçay” qum-çınqıl yatağı çıxarılıb. Hərracda Avtomobil Yolları Dövlət Agentliyinin “54 saylı Yol İstismarı” MMC LOT-2 üzrə “Qarasuçay” qum-çınqıl yatağından 225 min m³ olan yertəki sahəsindən istifadə hüququ qazanıb.

Qeyd edək ki, hərracla bağlı İqtisadiyyat, ETSN, Fövqəladə Hallar Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır.Yertəki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilir.

Mission News Theme by Compete Themes.