Press "Enter" to skip to content

Ersin Tatar: Dünya bilməlidir ki, türk əsgəri Kıbrısdan çəkilməyəcək!

Ersin Tatar

Son yeniləmə: 18 May 2021 17:25

Bayraqdar.info – Türkiyənin təminatçılığından və türk əsgərindən vaz keçməyimiz mümkün deyil.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Qəzzadakı son olaylara münasibət bildirərkən deyib.

KKTC Cümhurbaşqanı rum-yunan ikilisi, həmçinin BMT və Avropa Birliyinin türk əsgərinin adadan çəkilməsi tələbinin də təsadüfi olmadığını bildirib.

E.Tatar deyib ki, “Türkiyənin təminatçılığı götürülsün, türk əsgəri Kıbrısdan uzaqlaşdırılsın, Kıbrısda təhlükəsizliyi AB təmin etsin” səbəbi indi daha yaxşı anlaşılır: “Amma dünya bunu bilməlidir ki, Türkiyənin təminatçılığı ləğv edilməyəcək, türk əsgəri Kıbrısdan çəkilməyəcək və KKTC da Qəzza olmayacaq”.

Mission News Theme by Compete Themes.