Son yeniləmə: 18 May 2021 18:09
Bayraqdar.info – Mayın 19-da Türkiyə Cümhuriyyətinin qurucusu, dahi Mustafa Kemal Atatürkün Samsuna çıxaraq başlatdığı Qurtuluş Savaşının 102-ci ili tamam olur. Türkiyədə hər il bu münasibətlə keçirilən 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı Kuzey Kıbrıs Türk Cümhuriyyətində də qeyd olunacaq.
Bu barədə bayraqdar.info-ya KKTC-nin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, bu ilki bayram tədbirlərində COVID-19 səbəbi ilə sosial məsafənin qorunması və maska taxılması məcburidir. Bayram tədbirlərinə Milli Təhsil və Mədəniyyət Naziri Olgun Amcaoğlunun səhər saat 08.00-de Bayrak Radyo ve Televizyonundan günün anlam və önəmi ilə bağlı çıxışı ilə başlanılacaq.
Tədbirlər planına əsasən saat 09.00-da Lefkoşada Atatürk Büstünə çələng qoyulacaq. Bu mərasimdə Ankaradan – Anıtqəbirdən gətirilən torpaq Türkiyə Cümhuriyyəti Lefkoşa böyükelçisi Ali Murat Başçeri tərəfindən Cümhurbaşqanı Ersin Tatara təqdim ediləcək.
Bayram münasibətilə həmçinin bir sıra digər tədbirlər də keçiriləcək. Eyni zamanda Girne Atatürk Anıtı, Güzelyurt Atatürk Anıtı, Gazimağusa Zafer Anıtı, Akdoğan Atatürk Anıtı, Geçitkale Atatürk Anıtı və İskele Ecevit Meydanındakı Atatürk Anıtı önündə anma törənləri olacaq.